6 aprel 2016 00:15
Patrisiya Qonzales: Qələbəyə çox yaxın olduq
19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit mərhələsi çərçivəsində Polşa ilə qarşılaşmadan sonra Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
“Oyunumuz barədə müsbət fikirlər söyləyə bilərəm. Futbolçularımız yaxşı oyun nümayiş etdirdilər. Əlbəttə, ümumilikdə, turnirin şərtlərini nəzərə alsaq, ilk oyunda heç-heçə bizi tam qane edən nəticə deyil. Bununla belə, futbolçularımızın oyununa 10 ballıq sistemlə ən yüksək qiymət – 10 bal vermək olardı. Qələbəyə çox yaxın olduq. Lakin yaratdığımız epizodları qola çevirə bilmədik".
