6 aprel 2016 00:05

Qəziyyə dolu Azərbaycan futbolunun qəziyyəli azarkeşləri

Doqquz milyondan hər cürü çıxdı, amma on bir futbol oynayanı, daha doğrusu  futbolçusu çıxmadı...

Bilmirəm, kimin müəllifliyi ilə bu “azarkeş sözləri”nin  əsası qoyulub. Amma, doğrudur. Həyat naxışımın 21 bəzəyi olsa da, bu sözləri çox eşitmişəm. Deyimin səbəbi olaraq istər ekran qarşısında, istərsə də futbolu meydançadan canlı izləyəndə bu sözlərin doğru olduğunun şahidi olmuşam.

Bu söz kəsiminin gerçək olub-olmasına indicə vurğuladığım kimi həmişə şahid olsam da, futbolçularımıza haqq qazandırmaq üçün şübhə yeri ayırmışam öz-özlüyümdə. Axı futbol bir oyundur. Hər zaman istənilən nəticə ola bilər. Buna reallaşmamış qalib olmaq arzusunun həyata keçməsinə olan ümid də deyirlər.

“Uzun dərə” olmamaq üçün keçim əsas mətləbə. Bu yaxınlarda "Qəbələ" (Azərbaycan) - "Borussiya" (Dortmund, Almaniya) oyununa radioların birində keçirilən müsabiqədə verilən suallara doğru cavab verib qalib olmaqla bilet əldə etmişdim. İndiyə qədər “Milli”nin sərgilədiyi oyunların Azərbaycan futbolunun nə səviyyədə olduğu barədə hər kəsə eyni, ümumi təəssürat yarandığından əvvəlcə oyuna getmək istəmədim. Amma  bölgə komandasının millidən bir az babat oyun sərgiləməsi, həm anadan olduğum regionun adı, həm də qazandığım biletin üzümə yazıq-yazıq tamaşa etməsini qəbul edə bilmədiyim üçün oyuna getməyi qərara alıram.  Onu da vurğulayım ki, azarkeşəm. Söhbət Azərbaycandan gedirsə...

Nə isə, dərsdən çıxıb, evə gəlirəm. İstirahət etdikdən sonra ənənəli fan stilində fışfışalı klounabənzər azarkeş kimi hazırlıqlı olmasam da, evdən çıxıram. Məlumdur ki, radioda və ya kassetdə sərnişinləri yüksək səsdə bayağı müsiqilər eşitdirməyə zorən təhrik edən avtobus sürücüsünə sərf edəndə gah tısbağa, gah da “Formula” yarış maşınlarının sürətiylə hərəkət edən əksər marşrutlardan biri - 81 saylı nəqliyyatın idarəedicisindən oyunun keçiriləcəyi “Bakcell Arena”nın harada yerləşdiyini soruşuram. “Mentalitetimizdə qız futbola getməz” heyrəti və təəccübüylə, amma sevinc təəssüratıyla sifətimə nəzər salan dayday mənə lazım olan məlumatı verdikdən sonra düşürəm.

Uzun yol qət etdikdən bir qədər sonra, nəhayət, nəhəng stadionun hər bucağından buxovlanan küy dolu “VUR, VUR”,  futbolçuları ruhlandırmaqdan ötrü əcnəbi “OOLEY-OLEY-OLEY-OLEYY”indən tutmuş bəzəkli söyüşlərə qədər hamısını bir arada təşkil edən qarşımdakının mənə lazım olan məkan olduğunu anladım.

Ətrafda ratsiya ilə işləyən post patrul maşınlarının, pərakəndə səpələnən polis nəfərlərinin və gəlməkdə olan adamların olduğu yerdən qəribə müşahidələr altında yavaş- yavaş yoxlama qapısına yaxınlaşıram. Yoxlamada polisin oğlan azarkeşlərimizin üzərini yoxlaması düzü, bir az qəribə gəldi. Bir anlıq təhlükə sirkulunda hiss etdim özümü. Biletin batmaması üçün canımı boğazıma tutaraq udqunub balaca, dar, fırlanan, tilli bir qapıdan birtəhər özümü içəri atdım. Bu anda hələ mənim ölçümdə birinin buradan güc bəla ilə keçməsinə təəccüb edib, qonşumuzdakı Şadax xalanın da futbola marağı olduğunu nəzər alsam, buradan necə keçəcəyini düşünüb, “Allahu Əkbər” deyərək, əsas qapıya tərəf yollandım.

Polisə biletimi göstərib, zalın orada yazılan girişini mənə göstərməsində kömək etməsini xahiş etdim. Mənə olduğum yerdən təxminən 1,5 metr irəli gedəcəyimi bildirdi.  Göstərilən qədər getdikdən sonra mənə səhv göstərildiyi anlaşıldı. Sonra daha bir polis işçisinə yardım üçün müraciət etdim. O da yolu düzgün işarət etmədiyindən, belə-belə onların da yarıtmadığını görüb, nəhayət nəhəng stadionun dörd bir tərəfini dairə vurduqdan sonra özümün köməkliyi ilə giriş hissəni tapdım. Biletin əslində “Media dəvətnaməsi” olması bəxtimi üzümə güldürmüşdü.  

Bilet yoxlayanın özündən soruşub, əvəzində “harda istəyirsən, əyləş” eşitdim. Qarşı tərəfdə alman azarkeşlər komandalarına dəstək üçün çılğınlıqla hərəkət edirdilər. Alman media nümayəndələri isə meydanın hər küncündə idi. Çünki canlı reportaj hazırlamalıydılar.

Bir neçə dəqiqə sonra artıq bayaq polislərin üst-baş yoxlama prosesinin nə üçün etmiş olduqlarını anladım. Amma bir çoxu içəri avanturistliklə keçə bilmişdilər.

Əyləşdiyim sıra yerlilərimizin olduğu cərgə idi. Bura bizim futbolda macəra dolu anlar yaşamaq üçün kifayət edirdi. Əsl macəranı, qəziyyəni burda tapmaq olardı. Meydanın futbolçular oynayan hissəsində yox, məndən arxa tərəfdə oturan futbolun hər artan dəqiqəsində azarkeş “qədeşlərimiz” əsl “qədeşliklərini” sübut edirdi.  Qəribə baxışlar, və.s, və.s, və.s. Bəziləri özlərini evdə uzun divanda hiss edərək əllərində tum dənələri olan bu “qədeşlərin” söyüş, təhqirlə “ala, vur, vuuur ...” deməsi məni lap çilədən çıxarırdı. Ətrafda su butulkalarının olması isə istənilən nəticə olmayanda meydançaya daha doğrusu futbolçulara hədəf olacağı aydın məsələ idi. Onsuz da fiziki cəhətdən yorğun idim. Onların “gədə-güdə” hərəkətləri məni daha çox yorurdu. Xanım olduğumdan hörmət əlaməti olaraq çox futbolçulara ünvanlanan artıq bəzək sözləri eşitmədim. Bunun üçün xüsusi TƏŞƏKKÜRLƏR!!! 

Bir qədər keçir. Hava soyuq olduğundan bir təhər tapdığım, uzanan bir-birinə keçirilən ayaqların ayaqqabılarının təpikləri, təsdiqi xatırladan möhür ləkələri olmayan yapışıb qaldığım yerimdən qalxmalı oluram. Elektron cədvəldə isə hesabın qonaqların xeyrinə olması, azərbaycanlı  azarkeşlərin alman azarkeşlərinə çevrilməsi getməyimi tələsdirirdi. Alman jurnalist heyətinin isə mənə gözləri bərəli şəkildə baxmasını isə anlaya bilmirdim. Bunu öz-özlüyümdə iki səbəblə əlaqələndirdim: “Ya məni zahirdən özlərinə bənzətmişdilər, ya da bizimkilərin bizimkilərə ünvanladığı bəzəkli kəlmələrin anlaşılması idi”.

Bütün bunlar oyundan hələ ilk 15 dəq keçdiyi anda baş verənlərdi. Gəldiyim kimi də getdim. Get-gedə arxa fonda qalan isə yazının ortasında təsvir etdiyim sözlərin səslə ifadəsinin öləziməsiydi.

İmamət İsmayıl Ədil Bəyli

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.