5 aprel 2016 17:30
Nicat Qurbanov: Bizi çətin oyun gözləyir
"Zirə"nin yarımmüdafiəçisi Nicat Qurbanov Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Sumqayıt" üzərində qazandıqları qələbəni (1:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kəpəz"ə məğlubiyyətdən sonra biz bu görüşə çox ciddi hazırlaşırdıq. Qısa vaxta baxmayaraq, toparlanmağı bacardıq. "Sumqayıt" ciddi komandadır. Hamımız şadıq ki, belə bir qələbə qazandıq.
Cəbhə xəttindəki itkilərimiz hamımıza təsir edir. Amma oradan xoş xəbərlər də gəlir. Biz də öz işimizi görürük, məşq edirik, "Rəvan"la oyuna hazırlaşırıq. Onlar birinci dövrədə bizə qalib gəliblər, son turda da "Neftçi"ni məğlub etdilər. Ona görə də bizi çətin oyun gözləyir".
