5 aprel 2016 17:00
Kəpəz məşqdə şəhidləri bir daha yad etdi
“Kəpəz” Topaz Premyer Liqasının 29-cu turunda qarşılaşacağı “Qarabağ” ilə oyunun hazırlığına bu gündən başlayıb. Azerisport.az xəbər verir ki, komanda Bakıda məşq edir.
Hazırlıq prosesindən öncə cəbhədə baş verən hadisələr nəticəsində şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Erməni qəsbkarlarının əməlləri pislənilib, ordumuzun döyüş meydanında düşmənə layiqli şəkildə cavab verməsi fəxr hissi ilə qeyd olunub.
Cəbhədəki son vəziyyətlə bağlı legioner futbolçulara ətraflı məlumat verilib. (klub saytı)
