5 aprel 2016 16:00
"Hollandiya Azərbaycana rəqib ola bilməz"
Futzal üzrə Azərbaycan yığmasının sabiq qapıçısı Laersio Buranello milli komandamızın dünya çempionatına vəsiqə uğrunda Hollandiyaya qarşı cavab pley-off oyunundakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycanın Hollandiyanın 5:1 hesabıyla darmadağın etdiyi ilk oyunu izləmişəm. Milli komandamızın qalib gələcəyini öncədən də təxmin edirdim. Elə də oldu. Hollandiya zəif rəqibdir. Dəqiq hücumları yoxdur. Azərbaycana rəqib ola bilməzlər. Əsas odur ki, Azərbaycan cavab oyununda da qol buraxmasın. İnanıram ki, Azərbaycan yığmasının braziliyalılar cavab görüşündə də özlərini göstərəcəklər".
