5 aprel 2016 15:20

Bakı U-17 AÇ-nin növbəti rəsmi tərəfdaşı

“Coca-Cola” şirkəti UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016-nın rəsmi tərəfdaşı olub. Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında baş katib Elxan Məmmədovla "Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya regionunda ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə meneceri Oleq Piletskiy arasında görüş keçirilib.
 
Tərəflər arasında razılığa əsasən, uzun illər ərzində Olimpiya oyunları, FIFA dünya çempionatları və UEFA Avropa çempionatlarının əsas tərəfdaşı qismində çıxış etmiş “Coca-Cola” şirkəti U-17 Avropa Çempionatını öz məhsulları ilə təmin edəcək.
 
Elxan Məmmədov beynəlxalq idman yarışlarına daim dəstək göstərən dünya üzrə məşhur “Coca-Cola” şirkəti ilə əməkdaşlığın əhəmiyyətini bildirib: «“Coca-Cola” şirkətinin Bakıda keçiriləcək futbol üzrə Avropa Çempionatının rəsmi tərəfdaşı kimi iştirakını təsdiqləməkdən məmnunam. “Coca-Cola” beynəlxalq arenada tanınmış brenddir və böyük idman çempionatlarının dəstəyində zəngin tarixə malikdir, bu isə şirkəti yarışların etibarlı partnyoruna çevirir”.
 
Oleq Piletskiy qeyd edib ki, bu qədər əhəmiyyətli beynəlxalq tədbirə dəstək göstərmək şirkət üçün nüfuzlu bir hadisədir: “«Coca-Cola» şirkəti təmsil olunduğu bütün ölkələrdə idmanın inkişafına böyük diqqət yetirir və hesab edirik ki, idman hamımız üçün zəruri ilham mənbəyidir. Fəal və sağlam həyat tərzi xoşbəxt həyatın təməlidir, bu isə öz növbəsində cəmiyyətin rifahına fayda verir. Bu, “Coca-Cola”nın bütün dünyada idman tədbirlərini dəstəkləməsinin əsas səbəbidir. Qarşıdan gələn futbol üzrə Avropa Çempionatının rəsmi tərəfdaşı olaraq inanırıq ki, bu yarış insanları daha fəal və sağlam həyat tərzi sürməyə ilhamlandıracaq”.
 
Qeyd etmək lazımdır ki, “Coca-Cola” şirkəti müntəzəm olaraq Azərbaycanda uşaq futbolunun inkişafına dəstək göstərir. Belə ki, şirkət 2011-ci ildən etibarən “Coca-Cola Məktəbli Kuboku” turnirinin təşkilatçılarından biridir. Ötən beş il ərzində adıçəkilən birincilik 1 milyondan artıq məktəblini cəlb edib və turnirin qalibləri müxtəlif beynəlxalq yarışlarda iştirak hüququ qazanıb. Təqdirəlayiqdir ki, “Coca-Cola Məktəbli Kuboku” turnirinın IX siniflər arasında 2014/2015 mövsümünün qalibi olmuş Səbail rayonunun 163 saylı orta məktəbinin komandasının Lans və Lill şəhərlərində keçiriləcək “School Football Euro 2016” beynəlxalq futbol turnirində iştirak edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.