5 aprel 2016 13:20
Bakılının futbolçusuna iki oyun cəza kəsdilər
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra birinci divizionun 20-ci turunun oyunlarında baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Mil-Muğan” - “Şahdağ” matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Bakılı” - MOİK matçının 77-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Rasim Daşdəmirov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Şərurspor” - “Turan Tovuz” matçında “Şərurspor”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
