5 aprel 2016 12:40
Legionerlərdən Azərbaycana dəstək
"Qarabağ"ın futbolçuları cəbhə bölgəsindəki vəziyyətin gərginləşməsi ilə əlaqədar Azərbaycana dəstək nümayiş etdirməyə qərar veriblər. Azerisport.az xəbər verir ki, bu məqsədlə Ağdam klubunun legionerlərindən Ansi Aqolli, Riçard Almeyda, Reynaldo, İbrahiç Şehiç, Dani Kintana, Muarem Muarem sosial şəbəkələrdəki profil şəkillərini Azərbaycan bayrağının rəngləri ilə "boyayıblar".
Amma bunu təkcə "Qarabağ"ın legionerləri etməyib. Belə ki, "Zirə"nin futbolçusu Viktor İbekoyi, "Kəpəz"in forvardı Julien Ebah, "Turan" və "Neftçi"nin sabiq hücumçusu Erik Obidike də ölkəmizə oxşar dəstək nümayiş etdirib.









