5 aprel 2016 12:20

Svanadze: İnter sonadək mübarizə aparacaq

"İnter”in baş məşqçisi Zaur Svanadze klub saytına müsahibəsində komandanın keçirdiyi son oyunlar barədə fikirlərini açıqlayıb, avrokubok şanslarını dəyərləndirib və digər suallara cavab verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Zaur müəllim, “İnter” artıq iki turdur ki, turnir cədvəlində daha da irəliləmək şansını qaçırır.
- Öncə son günlər cəbhədəki döyüşlər nəticəsində Azərbaycan əsgərlərinin həlak olmalarından böyük üzüntü duyduğumu bildirir və həlak olmuş hərbçilərin ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Bəli, doğru vurğulayırsınız, son iki oyunda turnir cədvəlində mövqeyimizi daha da gücləndirmək şansımız yaranmışdı. Lakin zədəli futbolçuların çox olması, o cümlədən Nika Kvekveskirinin Gürcüstan millisinə dəvət edilməsilə bağlı Bakıya vaxtında qayıda bilməməsi “Neftçi” komandası ilə keçirilən oyunun nəticəsinə öz mənfi təsirini göstərdi. “Neftçi” ilə oyunda Nika Kvekveskirinin olmaması orta sahədə problemlərin yaranmasına gətirib çıxarırdı. Bundan əlavə, əla formada olan və mühüm oyunlarda qol vurmağı bacaran Nizami Hacıyevin “Rəvan”la oyunda zədələnməsi onsuz da zədədən əziyyət çəkən komandamızın işini daha da çətinləşdirdi. Təbii ki, intensiv oyun qrafikasının da olması komandaya öz təsirini göstərir. Son ayda həm çempionat, həm də kubok oyunlarının keçirilməsi futbolçuların yorulmasına səbəb olur. Razılaşaq ki, zədəlilərin çox olması və son oyunlarda, meydana demək olar, eyni heyətin çıxması arzuladığımız nəticələri əldə etməyimizə maneələr yaradır. Bununla belə, komandanın mübarizliyi və heyətdəki problemlərə baxmayaraq nümayiş etdirdiyi əzmkarlıq rəğbət doğurmaya bilməz. Futbolçular peşəkarlıq göstərərək azarkeşləri sevindirməyə çalışırlar və bu fakt da məni bir məşqçi kimi sevindirir.

- Bu tur “İnter” AZAL ilə qarşılaşır. Oyun haqqında fikirlərinizi bilmək maraqlı olardı.
- AZAL son turlarda yaxşı nəticələr göstərir. Komanda yüksəlişdədir və AZAL qələbə seriyasını davam etdirməyə çalışacaq. Ümumiyyətlə, “İnter”lə AZAL arasında oyunlar həmişə çətin keçir və qarşıdakı matçda da belə olacağını düşünürəm. Bizə rahatlaşmaq olmaz. Maksimum dərəcədə oyuna köklənməli və turnir cədvəlindəki mövqeyimizi gücləndirməliyik. Təəssüf ki, Kamran Ağayev və Nizami Hacıyev qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcəklər.

- Bəs Rauf Əliyev? Onu növbəti qarşılaşmada görə biləcəyik?
- Sevindiri haldır ki, Rauf Əliyev artıq komandayla məşq edir və oyun ritminə tədricən daxil olur. Ancaq hələlik, onun xidmətindən yararlanmaq bir qədər tezdir. Bununla belə, yaxın turlarda Rauf Əliyevi meydanlarda görəcəyik. Məşqçilər heyəti onun oyuna tam hazır olduğunu müəyyənləşdirdikdən sonra meydana çıxması bəradə qərar qəbul edəcək.

- UEFA-nın məlum qərarı komandanın motivasiyasına necə təsir göstərir?
 - “İnter” köhnə borclarını ödəsə də, UEFA vaxt amilini əsas gətirərək kluba qarşı sanksiya tətbiq etdi. UEFA-nın qərarından şikayət etmək hüququmuz var və buna görə də şans hələ qalır. Bununla belə, inanmıram ki, UEFA-nın bu qərarı futbolçulara mənfi təsir göstərir. Komandada kifayət qədər peşəkar futbolçu var və onlar anlayırlar ki, sonadək mübarizə aparmaq lazımdı. Futbolçular bilirlər ki, bu il UEFA-ya vəsiqə qazanmaqla məlum cəzaya cari mövsümdə son qoymaq olar. Odur ki, UEFA-nın qərarından asılı olmayaraq, “İnter” cari mövsümü müsbət notlarla başa vurmağa çalışacaq. Avrokubok yarışlarına vəsiqə qazanmağımız çətin mövsümü arxada qoymağımız baxımdan “İnter” üçün böyük pozitiv olardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.