5 aprel 2016 11:20
Bədavi Hüseynov: Qazon yaxşı oyun sərgiləməyə mane olurdu
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:1 hesablı qələbələri ilə bağlı bunları söyləyib:
"Lənkəran klubu ilə oyunlarımız həmişə çətin keçir. Üstəlik, qazonun keyfiyyəti bizə yaxşı oyun sərgiləməyə mane olurdu. Belə oyunlarda xarakter göstərmək lazımdır, bir dəqiqə də arxayınlaşmaq lazım deyil. Sonadək mübarizə apardıq və qələbə qazandıq. Səhvə gəlincə, futbolda bu, qaçılmazdır. Əsas odur ki, dayanmadıq və mübarizəmizi sonadək davam etdirib, qələbə qolunu da vurduq".
