4 aprel 2016 19:40

Qurban Qurbanov: Hər birimiz Vətən üçün döyüşməyə hazırıq

Aprelin 2-dən etibarən cəbhə bölgəsində erməni təcavüzkarları tərəfindən Azərbaycan tərəfinə edilmiş hərbi müdaxiləyə milli ordumuz tərəfindən əks-həmləylə cavab verildi. Azerisport.az xəbər verir ki, 2 gün gedən döyüşlər zamanı Azərbaycan ordusu 200-dən çox düşməni məhv edib, bir sıra hərbi texnikasını sıradan çıxarıb.

Gedən döyüşlər zamanı 15 Azərbaycan hərbçisi şəhid olub. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov son olaylarla bağlı klub saytına açıqlama verib: "Bir neçə gün ərzində cəbhə bölgəsində torpaqlarımızın işğalçılardan azad olunmasıyla bağlı xəbərlər gəlməkdədir. Azərbaycan ordusunun cəbhədəki uğurları hər birimizi sevindirir. Döyüşlər zamanı 15 əsgərimizin  şəhid olması üzücüdür. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Hər bir şəhidimiz bizim üçün əzizdi. Amma inanıram ki, vətən uğrunda axıdılan qanlar boşuna deyil. Bu gün ön cəbhədə döyüşən əsgərlərimizlə yanaşı arxa cəbhədə də hər kəs öz üzərinə düşəni etməlidir. Bu gün biz burda cəbhədən uzaq olsaq da, hər birimizin fikri, duası əsgərlərimizlədir. Hər kəs öz işini müvəffəqiyyətlə yerinə yetirməyə çalışsa, dövlətimizə, əsgərlərimizə yardım etmiş olarıq. Allaha şükür olsun ki, hazırda güclü dövlətimiz, ordumuz var. Amma ölkəmizin prezidenti, ali baş komandan İlham Əliyevin bir əmri yetər ki, əli silahlı topraqlarımızın müdafiəsinə yollanaq. O, əmr gəldiyi zaman hər birimiz vətən üçün döyüşməyə hazırıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.