Orxan Qurbanlı: Təəssüf ki, qol mənim adıma yazılmadı
Latviyanın "Dauqava" klubunun yarımmüdafiəçisi Orxan Qurbanlı ölkə çempionatının üçüncü turu çərçivəsində "Riqa" üzərinə qazandıqları ilk qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Topu künc zərbəsindən qapı önünə göndərdim. Rəqib müdafiəçi ilə başı ilə ona toxunaraq tora saldı. Təəssüf ki, qol mənim adıma yazılmadı. Matçdan sonra klub prezidenti təbrik etdi və bizə mükafat verdi. Bu qələbə bizim öz gücümüzə inanmağımıza kömək edəcək. Qarşıda bizi Latviya kubokunun 1/4 final mərhələsi çərçivəsində oyun gözləyir. Bu görüşdə də qələbə qazanmaq istəyirik. Mirabdulla ilə birgə Azərbaycanı burada layiqincə təmsil etmək istəyirik. Qələbə qazanmaq həmişə xoşdur. Uğurumuzun davamını gətirəcəyimizə inanırıq. Bu qələbə həm də ardıcıl iki məğlubiyyətdən sonra bizim üçün vacib idi".
