4 aprel 2016 15:40
Kamran Ağayev maya qədər futbolsuz qala bilər
Azərbaycan yığmasının və "İnter"in qapıçısı "Kamran Ağayev Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində ötən gün "Qəbələ"yə qarşı səfər oyununda ağır zədələnərək, meydanı erkən əvəz etmək məcburiyyətində qalmışdı. Azerisport.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, hazırda futbolçunun sol ayağına gips qoyulub.
Həkimlər ona yaxın iki həftə ərzində sol ayağını çalışdırmamağı tapşırıblar. Bu müddət ərzində Kamranın ayağı gipsdə qalacaq. Ondan sonra necə olacağı isə gips götürülündən və həkimlərin təkrar müayinəsindən sonra bilinəcək.
Ağayevin məşqlərə təxinən üç həftə sonra başlaması gözlənilir. Belə olan halda o, qarşıdakı AZAL, "Kəpəz" və "Qarabağ"la oyunları buraxa bilər.
