4 aprel 2016 14:30

Tadas Simaitis: Reynaldo Messi deyil ki, ondan qorxaq

"Kəpəz"in qapıçısı Tadas Simaitis Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri səfər oyunundan (0:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Ağır oyun oldu. Öncədən də belə çətin matç olacağını bilirdik. Çünki AZAL evdə yaxşı oynayır. Biz bu oyunda özümüzə xas olmayan səhvlərə yol verdik. Həm də kifayət qədər. Həm də rəqib hesabı açdıqdan sonra bizə oynamaq daha çətin oldu.

- Niyə 0:1-də sonra daha çətin oldu?
- Rəqib ağıllı oynadı, müdafiəyə diqqət ayırdı və bizim səhvə yol verməyimizi gözləməyə başladı.

- "Kəpəz"in ardıcıl qələbələrdən sonra AZAL-la matça arxayın çıxdığını demək olar?
- Xeyr. Əksinə, matça çox ciddi hazırlaşmışdıq. Niyə arxayınlaşmalıydıq ki. Çünki "İnter" bizdən cəmi bir xal geri qalırdı.

- Yəqin ki, belə böyük hesabla uduzmağınız gözlənilməz oldu...
- Əlbəttə, gözləmirdim. Amam futbolda belə hallar olur.

- 0:3 hesablı məğlubiyyəti "Qarabağ"la oyun öncəsi "Kəpəz" üçün zərbə saymaq olar?
- Ağdam klubu ilə oyun həmişə ağır olur. Növbəti oyunumuz da belə olacaq. Amma belə görüşlərdə motivasiya yüksək olur. Təəssüf ki, Juninyo olmayacaq. "Qarabağ"a qarşı tam fərqli futbol oynayacağıq. AZAL-a qarşı oyunda daha çox hücum edən tərəf biz idik. "Qarabağ"la oyunda isə biz müdafiə olunan tərəf olacağıq.

- Klubunuz bu mövsüm "Qarabağ"a bütün oyunlarda uduzub. Dördüncü oyunda qələbə, ən azı 1 xal qazanmağınızı gözləmək olar?
- Bəli, gözləməyə dəyər. Biz meydana uğur qazanmaq üçün çıxacağıq.

- Rəqibin heyətində Reynaldonun yaşıl meydana dönməsi sizi qorxutmur?
- Xeyr. Niyə qorxmalıyıq ki? Reynaldo Messi deyil ki, ondan qorxaq (gülür).

- "İnter"lə "Zirə"nin avrokuboklara çıxa bilməməsi sizin üçün üstünlükdür?
- Biz bu barədə düşünmürük. Avrokuboklara vəsiqəni özümüz təmin etmək istəyirik. Üçüncü yer bizim üçün yaxşı nəticə olardı.

- Mayın sonunda "Kəpəz"lə müqavilənizin müddəti bitir. Qalacaqsınız?
- Hələ klub rəhbərliyi ilə gələcək planlarla bağlı söhbətimiz olmayıb. Amma Azərbaycandan təklif var. Hazırda isə bütün diqqətim "Kəpəz"ə yönəlib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.