4 aprel 2016 11:15
Adil Şükürov: Komandam xarakter nümayiş etdirdi
"Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"İlk növbədə millətimizə başsağlığı verirəm. Gözlədiyimiz kimi ağır oyun oldu. Komandam xarakter nümayiş etdirdi. Döyüşdük və qalib gəldik. "Sumqayıt" güclü klubdur. Əvəzetmədən oyuna daxil oyun futbolçularımız yaxşı oyun göstərdilər. Biz hər oyunda qələbə haqda düşünürük. Nurlan ötən mövsümün bombardirir. Onun öz oyun tərzi var. Nə etdiyini yaxşı bilir. Azarkeşlərə bu soyuq havada bizə dəstək olduqları üçün təşəkkür edirəm”.
