4 aprel 2016 01:20
Nazarov oynadı, Karlsrue qalib gəldi
Almaniya ikinci Bundesliqasında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "1860 Münhen" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 3:1. Nazarov bu görüşün 74-cü dəqiqəsindən etibarən mübarizəyə qoşulub.
Qeyd edək ki, "Karlsrue" hazırda 35 xalla 18 klub arasında 10-cu pillədə qərarlaşıb.
