4 aprel 2016 01:10
İsrafilov oynamadı, Kordoba büdrədi
Futbol üzrə İspaniyanın ikinci liqasında 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.
Futbolçumuzun klubu səfərdə La Liqaya vəsiqə uğrunda əsas rəqiblərindən biri olan "Ximnastik"lə qarşılaşıb. Futbolçumuzun komandası 4 dəfə (!) hesabda önə keçdiyi oyunda bir xalla kifayətlənib - 4:4. Cəzalı olan Eddi bu görüşün iştirakçısı olmayıb.
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 48 xalla 22 komanda arasında beşinci pillədə qərarlaşıb.
