4 aprel 2016 01:00
Tadas Simaitis: Özümüzə xas olmayan səhvlər buraxdıq
"Kəpəz"in qapıçısı Tadas Simaitis Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri səfər oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:3 hesablı darmadağınla bağlı bunları söyləyib:
"Ağır oyun oldu. Öncədən belə çətinliklə üzləşəcəyimizi bilirdik. Çünki AZAL evdə çox yaxşı oynayır. Həm də bu komanda müdafiə olunmağı bacarır. Bu oyunda özümüzə xal olmayan səhvlər buraxdıq. Üstəlik, rəqib hesabı açdıqdan sonra bizə oynamaq daha da çətin oldu".
