4 aprel 2016 00:30

Elnur Məmmədov Neftçi futbolçularını hədələdi

"Neftçi"nin icraçı direktoru Elnur Məmmədovun azerisport.az saytına müsahibəsi

- "Rəvan"a da uduzdunuz. "Neftçi" niyə bu gündədir?
- Komandanın qeyri-sabit nəticələr göstərməsi bizi də narahat edir. "İnter"lə oyunda əksəriyyət meydan sahiblərinin qələbəsini proqnozlaşdırdığı halda, biz qalib gəldik. Bu görüşdə isə bizdən böyük hesablı qələbə gözləyirdilər. Amma məğlub olduq. Bunu Vəli Qasımovla müzakirə edəcəyik və müəyyən qərarlar qəbul edəcəyik. Uduzmaq da olar, udmaq da. Amma bu şəkildə yox.

- "Rəvan" bu mövsüm "Neftçi" oyunlarda 7 xal toplayıb...
- Onların bizim üçün uğursuz rəqib olduğu fikri ilə kifayətlənmək istəmirik. Meydana çıxmaq və oynamaq lazımdır. Meydanda var gücünü qoymaq lazımdır. Bizdə turnir cədvəlinin alt pillələrində olan komandalarla oyunlarda motivasiya problemi olur. İndiki heyət mövsümün sonunadək özünü göstərməlidir. Əks halda onların əvəzində heyətə başqa futbolçular cəlb olunacaq. "Neftçi" də oynamaq istəyirlərsə, məsuliyyətli olmalıdırlar.

- Klubun seleksioneri Bəxtiyar Musayev də "Neftçi"dən getdi. Bu isə sizi Sadıq Sadıqovun kadrlarını klubdan qovmaqda ittiham edənlərin əlinə növbəti material verdi...
- "Neftçi"nin çoxlu kadrı var ki, məndən əvvəl də komandada çalışıb. Hansısa kadr dəyişikliyi baş verirsə, buna normal yanaşmaq lazımdır. Bunu qəsdən etsəydik, ilk gündən həyata keçirərdik. Hər kəs özünü göstərmək imkanı qazanır.

- Sizi klubu zəif idarə etməkdə tənqid edirlər...
- Komanda zəif çıxış edirsə, tənqid də tam normaldır.

- Yeni baş məşqçi axtarışlarınız nə yerdədir? Gördüyünüz kimi, yerli mütəxəssislərlə nəyəsə nail olmaq olmur...
- Mən deməzdim ki, yerli məşqçilərlə heç nəyə nail olmaq mümkün deyil. Sadəcə, komandamıza böyük diqqət və təzyiq var. "Neftçi"də işləmək psixoloji baxımdan çətindir. Komandanın uğursuzluqlarını da ancaq məşqçilərlə əlaqələndirmək düz deyil.

- Bəs günahkar kimdir?
- Günahı ancaq bir nəfərin üzərinə atmaq mümkün deyil. Futbolçular üçün hər cür şərait yaradılır. Biz onları tənqid etmək istəmirik. Amma təəssüf ki, biz onlardan lazım olan məsuliyyəti görə bilmirik. Halbuki, bunu onların geyindiyi "Neftçi" forması tələb edir. Həm də manatın devalvasiyası bizim qış hazırlıq planlarımıza təsirsiz ötüşmədi. Məsələn, dörd legioner almaq, qarşımıza yüksək hədəflər qoymaq istəyirdik. Amma sonda seçimi bazanın inşasından yana etdik. Ümid edirik ki, bu planlarımız növbəti mövsümə qədər tam həyata keçəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.