3 aprel 2016 21:10
Xəzər Lənkəran şəhidləri belə andı
Topaz Premyer Liqasının 28-ci turunun "Xəzər Lənkəran" - "Qarabağ" oyunundan öncə cəbhə bölgəsində erməni təxribatının qarşısını alarkən, qəhrəmancasına şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azerisport.az xəbər verir ki, cənub təmsilçisi bu oyuna şəkillərdə də gördüyünüz kimi, əsgər formaları ilə çıxıblar.


