3 aprel 2016 15:30
AZAL - Kəpəz matçından öncə şəhidlərimiz anıldı
Bu gün keçiriləcək Topaz Premyer Liqasının 28-ci turunun bütün oyunları bir dəqiqəlik sükutla başlayacaq. Azerisport.az xəbər verir ki, bunda məqsəd ötən gün Dağlıq Qarabağ uğrunda əməliyyatlarda həyatını itirən əsgərlərimizin xatirəsini yad etməkdir.
Artıq ilk yarısı oynanılan AZAL - "Kəpəz" matçından öncə futbolçular şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
