3 aprel 2016 15:00
Amil Yunanov: Buna görə ruhdan düşmürəm
"Sumqayıt"ın hücumçusu Amil Yunanov ona ünvanlanan tənqidlərlə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hədəfimiz qarşıdakı oyunda "Zirə"yə qalib gəlməkdir. Öz ünvanıma səslənən tənqidlərə fikir vermirəm. "Sumqayıt"ın qələbə qazanması üçün əlimdən gələni edirəm. Başa düşürəm ki, qol vurmuramsa, deməli, nəyisə düz etmirəm. Yəqin ki, məni tənqid edirlər ki, qol vurum. Futbol kollektiv oyunudur. Hər epizodu qolla tamamlamaq da mümkün deyil. Hərdən alınır, hərdən yox. Robert Prosineçki məni yığmaya dəvət etməsə də, buna görə ruhdan düşmürəm. Peşəkar futbolçu belə şeylərə fikir verməməlidir".
