3 aprel 2016 14:30
Baxşiyev: Hər şeyin normaya düşməsi üçün Qəbələyə ardıcıl 1-2 qələbə lazımdır
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Elmar Baxşiyev bu komandanın Topaz Premyer Liqasının son turlarındakı uğursuz çıxışına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim fikrimcə, oyunçularda məğlubiyyətlərdən sonra gərginlik yaranıb. Bu da onların oyununa təsir göstərir. Ümid edirəm ki, "İnter"lə oyunda qələbə qazanacaqlar və uğursuz seriyanı unutduracaqlar. Komandaya 1-2 qələbə lazımdır ki, hər şey normaya düşsün".
