3 aprel 2016 13:00
Emin Nurinin komandası yeni mövsümə məğlubiyyətlə başladı
İsveç çempionatında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da ilk matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Yonçopinq"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:1.
Qeyd edək ki, Emin bu görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
