3 aprel 2016 11:30
Samir Məsimovsuz Domjale ev oyununda uduzdu
Sloveniya çempionatında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Krsko Posavje" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 2:3. Məsimov bu görüşün iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb.
Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 45 xalla üçüncü pillədə qərarlaşıb.
