3 aprel 2016 00:30
Rahid Əmirquliyev: Yəqin ki, mövsümün qalan hissəsini buraxacağam
Azərbaycan yığmasının və "Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev əməliyyatdan sonrakı durumu barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Tədricən məşqlərə başlamşam. Buna baxmayaraq, böyük ehtimalla, mövsümün qalan hissəsini buraxacağam. Yəqin ki, milli komandanın may ayında təşkil olunacaq təlim-məşq toplanışı və yoxlama oyunlarında da iştirak edə bilməyəcəyəm".
Qeyd edək ki, Əmirquliyev martın 2-də "Sumqayıt"a qarşı keçirilən kubok matçında zədə almışdı.
