3 aprel 2016 00:00
Elbrus Məmmədov: Liderdən xal almaq üçün yetərli gücümüz var
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz öz meydanımızda istənilən rəqibə müqavimət göstərə bilərik. İndi fiziki cəhətdən çox yaxşıyıq. Qarşıdakı oyun üçün də maksimal hədəflərimiz var. Futbolçularımız "Qarabağ"ın oyunçularından yalnız təcrübə baxımından geri qalır. Amma bizim liderdən xal almaq üçün yetərli gücümüz var".
