2 aprel 2016 14:00
Boqatinov: Azərbaycanın yaxşı yığma komandası var
Makedoniya yığmasının qapıçısı Martin Boqatinov Azərbaycan millisinə qarşı mümkün yoxlama matçından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Tez-tez yoxlama oyunu keçirmək yaxşıdır. Bu, komandaya kömək edir, oyundakı problemləri aradan qaldırmağa şərait yaradır. Azərbaycanla yoxlama oyunu keçirməyimiz də yaxşı olar. Bilirəm ki, yaxşı yığma komandanız var. Oyuna hələ çox vaxt qalsa da, biz meydana qələbə üçün çıxacağıq".
