2 aprel 2016 12:30
Samir Abasov: Bizi heç-heçə də qane edəcək, qələbə də
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətimizdə itki yoxdur. Hər kəs sıradadır. Sadəcə, Aleksandr Çertoqanovun durumu sual doğurur. Ayağında problem var. Amma böyük ehtimalla o da meydanda olacaq. Oyuna yaxşı hazırlaşmışıq. İtiriləsi heç nəyimiz yoxdur. Meydana da ancaq qələbə üçün çıxacağıq. Son dövrlər komandamın elə də yaxşı oyun sərgiləmədiyini anlayıram. Amma indiki vəziyyətdə yaxşı oyun ikinci planda durur. Bizi daha çox nəticə düşündürür. "Zirə" ilə oyunda da nəticəyə oynayacağıq. Bizi heç-heçə də qane edəcək, qələbə də".
