2 aprel 2016 00:20
Azerisport.az-ın 1 aprel zarafatı
Ötən gün bütün dünyada 1 aprel - gülüş gününü qeyd olundu. Azerisport.az saytı da hər il olduğu kimi, ənənəvi xəbərləri ilə sizləri təəccübləndirmək qərarına gəldi.
Belə ki, ötən gün saytımızı ziyarət edənlər yəqin ki, "İnter"in sabiq prezidenti Georgi Nikolovun əlindəki sənədləri CAS-a təqdim etməklə paytaxt klubuna verilən cəzanın ləğvinə nail olacağına dair iddialı açıqlamasını, həmçinin Azərbaycan yığmasının Almaniyanın "Karlsrue" klubunda çıxış edən Dmitri Nazarovun "Qarabağ"la anlaşdığı barədə xəbəri oxuyublar. Qeyd etmək istəyirik ki, sözügedən hər iki xəbər sadəcə, oxucularımızla 1 aprel zarafatı idi və həqiqəti əks etdirmir.
Üzünüzdən gülüş əskik olmasın!
