1 aprel 2016 17:00
Qarabağ Dmitri Nazarov ilə anlaşdı
Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarov karyerasını yaydan sonra Topaz Premyer Liqasında davam etdirəcək. Azerisport.az xəbər verir ki, "Qarabağ"la anlaşıb.
Hazırda Almaniyanın "Karlsrue" klubunda çıxış edən millimizin üzvü bu komandada son dövrlər elə də çox oynamaq şansı qazanmır. Bu üzdən də tərəflər yayda müqaviləni yeniləməməyə qərar veriblər. Bundan istifadə edən "Qarabağ" Nazarova 1 illik müqavilə təklif edib və Dmitri buna dərhal razılaşıb.
1 aprel zarafatı!
