1 aprel 2016 15:20
Baçana Sxadadze: Bu xəbər məni çox məyus etdi
"İnter"in sabiq hücumçusu Baçana Sxadadze paytaxt klubunun UEFA tərəfindən avrokuboklardan kənarlaşdırılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, mənim buna şərhim artıqdır və heç nəyi dəyişməyəcək. Amma bu xəbər məni çox məyus etdi. Çox təəssüf ki, belə bir şey baş verdi. Apelyasiya vermək imkanı varsa, qərarın ləğv olunacağına ümid edirəm. Şans varsa, niyə də yoxlamayasan".
