1 aprel 2016 14:40

Budaq Nəsirov: Arzumuz Avroliqaya yollanmaqdır

Topaz Premyer Liqasının 27-ci turunda "Kəpəz"in Gəncədə “Zirə” ilə oyunda qazanılan 2:0 hesablı qələbəsində Budaq Nəsirovun da əməyi az olmadı. Azerisport.az xəbər verir ki, 62-ci dəqiqədə rəqib qapısına doğru irəliləyən gənc yarımmüdafiəçinin cərimə meydançasında kobudluqla dayandırılmasından sonra oyunu idarə edən baş hakim 11 metrlik cərimə zərbəsi təyin etdi.

Topun arxasına keçən “Kəpəz”in kapitanı Tural Axundov isə hesabı açdı. Nəsirov lub saytına “Zirə” ilə oyun haqda danışarkən məlum epizodla bağlı bunları deyib: “Mən komanda üçün oynayıram. Əsas olan komandanın qələbəsidir, kimin qol ötürməsi verməsinin və qol vurmasının fərqi yoxdur. Azarkeşlərimizə qələbə bəxş etdiyimizə görə sevinirik. Əsas arzumuz Avroliqaya yollanmaqdır. Bu yolda yavaş-yavaş irəliləyirik”.

“Kəpəz” – “Zirə” oyunundakı nəticə gəncəlilərin Premyer Liqada rəqib üzərində ilk qələbəsi kimi tarixə düşdü. Çempionatın debütantlarının əvvəlki iki dövrədəki qarşılaşmaları heç-heçə (1:1, 2:2) nəticələnmişdi: “Onlara bundan öncəki matçlarda iki xal verib, özümüz dörd xaldan məhrum olmuşduq. Fikrimcə, əvvəlki oyunlarda da qələbə qazanmalıydıq, çünki buna çox yaxın idik. Rəqibdən üstün ola-ola heç-heçə oynamışıq. Bu dəfə nəhayət ki, üstünlüyümüzü hesabda da əks etdirə bildik”.

Budaq Nəsirov Bakı klubu ilə görüşdə sarı vərəqə almaqla mövsümdə üçüncü dəfə cəzalı duruma düşdü və o, qarşıdakı turda meydana çıxa bilməyəcək: “Aqressiv oynamağı çox sevirəm. Kumirim də Felipe Melodur, ondan motivasiya alıram. Melo fantastik futbolçudur, onun davamçısıyam (gülümsəyir). Hər oyunda komandama kömək etmək istəyirəm. Mübarizələri uduzmağı sevmirəm, ona görə də vərəqələrsiz keçinmək olmur”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.