1 aprel 2016 15:00
Elnur Abdullayev: Çox pis olsaq da, inamımızı tam itirməmişik
"İnter"in yarımmüdafiəçisi Elnur Abdullayev UEFA tərəfindən avrokuboklarda iştiraklarına qadağa qoyulması xəbərinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Düzünü deyim ki, bu xəbər həm mənə, həm də digər komanda yoldaşlarıma çox pis təsir etdi. Amma inamımızı tam itirməmişik. Çünki apelyasiya şikayəti olunacaq. İstənilən halda biz mövsümün sonunadək mübarizəmizi davam etdirəcəyik. Apelyasiya məhkəməsinin hansı qərarı çıxarmasından asılı olmayaraq, çempionatın hər bir matçına qələbə qazanmaq üçün çıxacağıq. Bu xəbər bizi "sındıra" bilməz. Çünki həyat davam edir".
