1 aprel 2016 12:40
Nazir Azərbaycanın DÇ iddiasını təkzib etdi
Gənclər və idman naziri Azad Rəhimov FİFA prezidenti Canni İnfantinonun Azərbaycan və Türkiyənin müştərək olaraq DÇ-2026-ya ev sahibliyi etmək istədiyi barədə verdiyi açıqlamaya münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bu xəbəri təkzib edib:
"İnfantino düz deməyib. Azərbaycan belə bir təklif irəli sürməyib".
