1 aprel 2016 12:20
Ayaks və Bayerin sabiq forvardı Azərbaycanda oynamaq istəmədi
Rusiya yığmasının sabiq hücumçusu Dmitri Bulıkin karyerasını başa vurub. Azerisport.az xəbər verir ki, o, bu barədə fikirlərini açıqlayarkən Azərbaycandan da dəvət aldığını bəyan edib:
"Mənə Qazaxıstan, Azərbaycandan, ərəb ölkələrindən, həmçinin aşağı divizion klublarından təkliflər var idi. Amma mən karyeramı evdən uzaqda başa vurmaq istəmədim".
Qeyd edək ki, 31 yaşlı hücumçu vaxtilə Moskva "Dinamo"sunda, Hollandiyanın "Tvente" və "Ayaks" klublarından, Almaniyanın "Bayer" klubunda çıxış edib.
