Yasin Həmid: Meydanda bir komanda var idi - Qarabağ, biz isə müdafiə olunurduq
"Rəvan"ın hücumçusu Yasin Həmid Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Qarabağ"a 1:5 hesabıyla uduzduqları oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" çox güclü rəqibdir. Onlara qarşı oynamaq hamı kimi, bizə də çətindir. Biz çox çalışsaq da, demək olar ki, meydanda bir komanda var idi - "Qarabağ". Biz isə 90 dəqiqə müdafiə olunmaqla məşğul olduq. Məğlubiyyətin səbəbi sadədir - biz zəifik. Burada gizlədiləsi heç nə yoxdur. Həm də biz rəqibə oynamaq şansı verməməli olduğumuz halda, buna imkan yaratdıq. Təbii ki, bu da ustalıq səviyyəsi yüksək olan rəqib oyunçular üçün şans yaratdı və onlar bizim səhvlərimizdən yararlandılar. Əlbəttə, bu oyunda qol vurmağım sevindirici haldır. "Qarabağ" kimi kluba elə gözəl qol vurdum. Sadəcə, nəticə ürəkaçan olmadı".
