1 aprel 2016 00:10

Qəbələdən mövsümün rekordu

AFFA-nın aşağı yaş qrupundan olan komandaların arasında keçirdiyi liqalarda növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, U-19 Liqada 18-ci tur yeni rekordla əlamətdar olub.

Səfərdə “Rəvan”la qarşılaşan “Qəbələ” 13:0 hesabı ilə qalib gəlib. Rəqib ötən mövsüm bu yaş qrupu üzrə ölkə çempionu olsa da, “qırmızı-qaralar” liqada mövsümün ən böyükhesablı qələbəsini məhz komanda üzərində qazanıb. Əvvəlki rekord da məhz “Qəbələ”yə məxsus idi. Bu komanda AZAL-a 7 cavabsız qol vurmuşdu. 16 oyunda 43 xal toplayan U-19 yarışın vahid lideridir.

Səfərdə keçirdiyi son turda “Neftçi” İK İB-i 5:1 hesabı ilə məğlub edən "Qəbələ"nin U-16 komandası da eyni rekordun sahibidir. “Qırmızı-qaralar” hələ ötən tur evdə AZAL-ı 13:0 yenmişdi. U-19 kimi U-16-nın da 13 cavabsız qolla qələbəsi mövsümün rekordudur. I turda “Kəpəz”i 12:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” özünün rekordunu yeniləyib. Keçirdiyi 24 matçın hamısında qalib gələn “Qəbələ” artıq çempionluğu indidən təmin etdiyini demək olar. Bunun üçün ya "Qəbələ" növbəti turda qalib gəlməli, ya da liderə çatmaq imkanı olan “Əlincə” təxirə salınmış oyunlarından birində uduzmalıdır. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.