1 aprel 2016 00:00
FİFA prezidenti: Türkiyə və Azərbaycan dünya çempionatına ev sahibliyi etmək istəyir
FİFA-nın prezidenti Canni İnfantino Uruqvaya səfəri çərçivəsində DÇ-2026-ya ev sahibliyi etmək istəyən ölkələrin siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"DÇ-2030-un iki ölkədə - Uruqvay və Argentinada keçirilməsi ideyasını dəstəkləyirəm. Çünki 100 il öncə Montevideoda baş tutan ilk mundialın finalında bu iki komanda üz-üzə gəlmişdi. Amma hazırda daha çox DÇ-2026 barədə düşünməliyik. Artıq bu mundiala ev sahibliyi etmək arzusunu Kanada, Meksika, Kolumbiya Mərakeş, ABŞ, İngiltərə, Qazaxıstan bizə bildirib. Avstraliya ilə Yeni Zelandiya, həmçinin Türkiyə ilə Azərbaycan da dünya çempionatına müştərək ev sahibliyi etmək istəyir. Amma bu təkliflərin heç də hamısı rəsmi deyil". (Terra)
