31 mart 2016 18:00
Aqolli: Azərbaycanın ən yaxşı məşqçisindən belə sözlər eşitmək çox xoşdur
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli baş məşqçi Qurban Qurbanovun onunla bağlı ötən gün baş tutan "Rəvan"la oyundan (5:2) sonra zarafatyana, "Aqolli ağdamlıdı, qaqadı" deməsinə münasibət bildirib. Azerisport.az sautına açıqlamasında o, bunları söyləyib:
"Onun dediklərini eşitmişəm (gülür). Qurbanovun yanında idim, başqa sözlər də dedi. Azərbaycanın ən yaxşı məşqçisindən belə sözləri eşitmək çox xoşdur. Bəli, mən də özümü Ağdam qaçqınları kimi hiss edirəm. Çünki neçə ildir bu klubda oynayıram. Mənə elə gəlir ki, Azərbaycanda hər kəs özünü bir qədər ağdamlı kimi hiss edir. Şadam ki, "Qarabağ"da oynayıram, bu klubun bir hissəsiyəm".
