31 mart 2016 17:40
Millimizin sabiq forvardı Latviyada özünə yeni klub tapdı
Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərov özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, karyerasını yenə də Latviyada davam etdirəcək.
Futbolçumuz Riqanı təmsil edən "Super Nova" ilə müqavilə imzalayıb:
"Bir illik müqavilə imzaladıq. Klubun adı da yenidir, komanda da. Növbəti mövsüm elitaya vəsiqə qazanmaq istəyirik. Buradakı insanlarla yaxşı münasibətim var. Hansısa iddialı klubdan təklif alsam, məni problemsiz buraxacaqlar".
