Murad Ağayev: Baş məşqçi bizdən daha yaxşı oyun gözlədiyi üçün elə deyib
"Sumqayıt"ın yarımmüdafiəçisi Murad Ağayev Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Xəzər Lənkəran" üzərində qazandıqları 2:1 hesablı qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Birinci hissədə pis oynadıq, heç nə edə bilmədik. Amma ikinci yarını daha yaxşı keçirdik. Qollar vurduq. Şadam ki, vurduğum qol "Sumqayıt"a qələbə qazandırdı. Qırmızı vərəqəyə gəlincə, hakimin qərarı ilə razı deyiləm. Hakimlər həmişə səhv edirlər, bu futboldur. Samir Abasovun belə oyuna görə azarkeşlərimizdə üzr istəməsinə gəlincə, baş məşqçimiz daha yaxşı futbol sərgiləməyimizi arzulayır. Qələbə qazanmağımızı istəyir. Qarşımızda böyük hədəflər olmasa, heç vaxt uğur qazana bilmərik. Ona görə də bizdən maksimum nəticə gözləyən baş məşqçini başa düşmək olar. Əsas odur ki, qələbə qazandıq. Fikrimcə, Samir Abasov da buna görə sevinir".
