31 mart 2016 15:40
Denis Silva: Penalti yox idi
"İnter"in müdafiəçisi Denis Silva 27-ci tur çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunda qapılarına təyin olunan penalti epizodunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Penalti yox idi. Amma hakim penaltini təyin edəndən sonra nə etmək olar ki? Kamran Ağayev deyir penalti var idi, mən deyirəm yox idi? Onun öz başı var, mənim öz başım. Mənim əlim bədənimə bitişik idi".
Qeyd edək ki, Denis Silva bu fikirlərini azərbaycanda səsləndirib.
