31 mart 2016 13:40

Qarabağ 1000-i Muarem Muaremlə keçdi

“Qarabağ” Azərbaycan çempionatları tarixində 1000-ci qolunu vurub. Azerisport.az xəbər verir ki, bu, Topaz Premyer Liqasının 27-ci turunun “Rəvan”la ev oyununa təsadüf edib. Paytaxt klubu ilə görüşədək rəqib qapılarından 998 top keçirən Ağdam təmsilçisinin tarixi qolunu Muarem Muarem vurub. Makedoniyalı komandasının 5:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada “Qarabağ”ın 2-ci, klub tarixində isə 1000-ci qolun müəllifi olub.

Maraqlıdır ki, ağdamlıların 900-cü qolunu da Muarem vurmuşdu. O, 703 gün əvvəl “Neftçi” ilə qarşılaşmada buna nail olub.

İlk qolunu 1992-ci ildə Sabirabad “İnşaatçı”sının qapısından keçirən “Qarabağ”ın tarixinə 1-ci qolun müəllifi kimi Mehman Alışanov düşüb.

Azərbaycan çempionatları tarixində “Neftçi”dən sonra 1000-i arxada qoyan 2-ci komanda olan “Qarabağ” “Rəvan”la görüşdə 5:1 hesablı qələbəylə qol sayını 1003-ə də çatdırıb. Bunların 593-ü ev, 395-i səfər, 15-i neytral meydanda vurulub. İndiyədək 684 matç keçirən, bunların 21-də texniki nəticə qeydə alınan “Qarabağ”ın orta məhsuldarlığı 1,51-ə bərabərdir.

“Qarabağ”ın çempionatdakı tarixi qolları

N

Oyunçu

Rəqib

Yer

Dəq.

Mövsüm

Tarix

1

Mehman Alışanov

İnşaatçı(Sabitabad)

e

4

1992

03.05.1992

100

Səttar Əliyev

Xəzər (Sumqayıt)

e

68

1993/94

30.09.1993

200

Müşfiq Hüseynov

Kür-Nur (Mingəçevir)

e

-

1995/96

01.10.1995

300

Bəxtiyar Musayev

Neftçi (Bakı)

e

64

1997/98

22.11.1997

400

Elmir Xankişiyev

Şəfa (Bakı)

s

13

1999/2000

03.04.2000

500

Eldəniz Məmmədov

Şahdağ-Samur (Qusar)

s

89

2003/04

13.09.2003

600

Vasif Haqverdiyev

MOİK (Bakı)

e

14

2005/06

29.04.2006

700

Rəşad Sadiqov

Qəbələ (Qəbələ)

s

78

2009/10

06.12.2009

800

Rəşad Sadıqov

Sumqayıt (Sumqayıt)

s

21

2012/13

19.08.2012

900

Muarem Muarem

Neftçi (Bakı)

e

51

2013/14

27.04.2014

1000

Muarem Muarem

Rəvan (Bakı)

e

53

2015/16

30.03.2016

Qeyd edək ki, 1995/96 mövsümündə vurulan qolların dəqiqələri protokollarda göstərilməyib. Həmçinin texniki nəticələr və ləğv olunan matçlar statistikada nəzərə alınmayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.