31 mart 2016 00:30
Neftçinin futbolçuları yenə də danışmaq istəmədilər
Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "İnter"ə qalib gələn "Neftçi"nin futbolçuları yenə mətbuatla ünsiyyətdən boyun qaçırıblar. Azerisport.az xəbər verir ki, paytaxt klubunun üzvləri ötən tur "Kəpəz"ə 2:3 hesabıyla uduzduqları oyundan sonra da jurnalistlərə müsahibə və açıqlama verməkdən boyun qaçırmışdılar.
Amma həmin matçdan fərqli, bu dəfə qalib gələn "ağ-qaralı" oyunçuların bu dəfə niyə belə etdiyi anlaşılmaz olaraq qalıb.
