31 mart 2016 00:25

Kamran Ağayev: İnter çox yaxşı şansı əldən verdi

"İnter"in qapıçısı Kamran Ağayev Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyundan sonra hakimlər otağına yollandınız...
- Bəli, bunu inkar etmirəm. Mən hakimlərin otağına tez-tez baş çəkirəm. Sadəcə, idarəçiliklərinə görə təşəkkürümü bildirdim.

- Yəni hakimlikdən razı qalmışdınız?
- Hakimlərin qəsdən belə idarəçilik etdiyini düşünmürəm. Səhvlər var idi. Çünki onlar da insandır. Hər kəs səhv edir. Uduzmuşuqsa, hakimlikdən danışmağımız düzgün olmaz.

- Penalti var idi?
- Bəli. Oyun vaxtı da buna çox etiraz etmədik.

- Bəs "İnter" "Neftçi"yə niyə uduzdu?
- Biz göstərməli olduğumuz oyunu sərgiləyə bilmədi. Bunu niyə edə bilmədiyimizi isə bizə baş məşqçi izah edəcək. Öz meydanımızda uduzmağımız çox pis oldu. Oyundan sonra "Qəbələ" ilə "Zirə"nin də uduzduğunu eşitdim. Belə oyunlarda uduzmamalıyıq. Biz çox yaxşı şansı əldən verdik.

- Uğur qazanmağınıza nə mane oldu?
- Xüsusi heç nə. Böyük səhvlərə yol vermədik. Rəqibə şans verdiyimiz yeganə epizod elə penalti epizodu idi. Amma özümüz ələ düşən şanslardan yararlana bilmədik. Çoxlu top itkisi var idi.

- Bu məğlubiyyət "İnter"in Avropa Liqasına vəsiqə qazanmaq şanslarına böyük zərbə ola bilər? (Müsahibə UEFA-nın bu klubla bağlı məlum cəzasından əvvəl götürülüb - azerisport.az)
- Mən daha çox "Qarabağ"a necə çatmağımız barədə düşünürəm. Həmişə qarşıma maksimal hədəflər qoymuşam. Qarşıda bütöv bir dövrə var. Bu müddət ərzində səkkizinci də ola bilərik, mükafatçı da. Təəssüf ki, hazırda heyətlə bağlı ciddi problemlərimiz var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.