31 mart 2016 00:15
"Yaxşı olardı ki, matçdan sonra daha çox oyun müzakirə olunardı, kapitan sarğısı yox"
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov Qazaxıstana qarşı yoxlama oyununu və həmin görüşdə kapitanlıq sarğısının Bədavi Hüseynova verilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Robert Prosineçkinin kapitanlıq sarğısını Bədavi Hüseynova tapşırmaqla bağlı qərarının belə rezonans doğurması üzücüdür. O, hər bir futbolçumuz kimi, millimizin üzvüdür və kapitanlıq sarğısını da daşımağa layiqdir. Həm də bu, sadəcə, yoxlama görüşü idi. Yaxşı olardı ki, matçdan sonra daha çox oyun müzakirə olunardı. Əsas olan kapitanlıq sarğısı yox, futbolçunun meydanda gördüyü işdir. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində kapitan da müəyyənləşəcək, vitse-kapitan da".
