30 mart 2016 23:40
Murad Səttarlı: Qəbələyə qalib gələcəyimizə inanırdıq
AZAL-ın yarımmüdafiəçisi Murad Səttarlı Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Çox maraqlı və gərgin oyun alındı. Birinci hissədə qapımızda qol gördük. Amma fasilədə toparlandıq. İkinci hissədə biz tam fərqli oyun sərgilədik. Qələbə qazanacağımıza inanırdıq".
