30 mart 2016 22:40
Samir Abasov: Bәxtimiz gәtirdi
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Oyundan sonra da soyunub-geyinmә otağında dedim ki, "Xәzәr Lәnkәran" yaxşı oynadı. Elbrus Mәmmәdov yaxşı komanda qurub. 1999-cu, 1998-ci il tәvәllüdlü futbolçularla belә komanda qurublar. Özümüzә gәlincә, bәxtimiz gәtirdi. Bu biabırçı oyuna görә azarkeşlәrdәn üzr istәyirәm. Çox pis oynadıq. Fikrimcә, tәlәskәnlik komandanı bu qәdәr sәhv etmәyә vadar etdi".
