30 mart 2016 21:20
Tərlan Əhmədov: AZAL 3 xala layiq idi
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Oyunçularımı qələbə münasibəti ilə təbrik edirəm. Onlar əzmkar oyun sərgilədilər. Qarşılarında baş əyirəm. Məğlub durumda olsaq da, özümüzdə güc tapıb, qalib gələ bildik. Uşaqlar üç xala layiq idilər. Rəqibdən heç nədə geri qalmadılar".
